logo
logo logo
logo

Helikopter qəzaya uğradı - Çox sayda ölən var

22:49 - 08 Sentyabr 2026

Helikopter qəzaya uğradı - Çox sayda ölən var

Malayziyada tibbi heyəti daşıyan helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Malayziyanın Borneo adasındakı Saravak əyalətində yerləşən Lonq Lellanq hava limanının yaxınlığında tibbi heyəti daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 1 pilot, 1 həkim, 2 tibb bacısı və 1 tibb işçisi həlak olub.

Malayziya Yanğınsöndürmə və Xilasetmə Departamenti ilə Səhiyyə Nazirliyinin birgə açıqlamasında helikopterdəki tibb işçilərinin rəsmi vəzifə çərçivəsində uçuş həyata keçirdikləri bildirilib.

Qəzaya uğrayan helikopterin çatılması çətin və dağlıq ərazilərdə tibbi xidmət göstərən “Uçan həkim xidməti” proqramı çərçivəsində fəaliyyət göstərdiyi qeyd olunub. Bu xidmət vasitəsilə bölgədəki ucqar yaşayış məntəqələrinə tibbi yardım, dərman və digər səhiyyə xidmətlərinin çatdırıldığı bildirilib.

Malayziya Mülki Aviasiya İdarəsi (CAAM) qəzaya uğrayan helikopterin BO-105 tipli olduğunu və hadisə barədə məlumatın yerli vaxtla saat 15:58-də daxil olduğunu açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az