ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirərək İrana qarşı tətbiq olunan dəniz blokadasının çox uğurlu olduğunu iddia edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evin həyətində keçirdiyi tədbirdə İranla bağlı məsələləri də dəyərləndirib. O, tədbirdə 11 sentyabr terror aktlarından sonra ABŞ-ın polad sənayesinin necə yenidən qurulduğundan danışıb.
Tramp çıxışında 11 sentyabr terror aktlarında həyatını itirənləri yad edib və belə hücumların bir daha baş verməməsi üçün hər cür səy göstərdiklərini vurğulayıb. O, İranın heç bir halda nüvə silahına sahib ola bilməyəcəyini bildirib.