logo
logo logo
logo

12 ölkədən İsrailə ticarət qadağası

23:31 - 08 Sentyabr 2026

12 ölkədən İsrailə ticarət qadağası

Böyük Britaniya, Fransa, İspaniya və Kanada da daxil olmaqla 12 ölkə işğal altındakı Fələstin əraziləri ilə ticarəti qadağan edəcəklərini açıqlayıb. İsrail isə tətbiq olunan sanksiyalara cavab olaraq Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlamaq qərarına gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend İordan çayının qərb sahilindəki qanunsuz yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan edib. Milibend bu ərazilərdə məskunlaşanların zorakılığının artıq sistemli xarakter aldığını vurğulayıb.

O, Böyük Britaniya ilə yanaşı, Fransa və İspaniyanın da daxil olduğu daha 11 ölkənin İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı embarqo tətbiq edəcəyini bildirib.

Milibend işğal altındakı Fələstin ərazilərində yerləşən qanunsuz yaşayış məntəqələrindən gətirilən malların idxalının qadağan ediləcəyini açıqlayıb.

“Böyük Britaniya hökuməti İordan çayının qərb sahilində məskunlaşma tərəfdarları tərəfindən fələstinlilərə qarşı etnik təmizləmənin həyata keçirildiyini qəbul edir”, – deyə Milibend bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az