ABŞ Prezidenti Donald Trampın neft və təbii qaz şirkətlərindəki səhmlərinin dəyəri İranla müharibənin ilk altı ayında milyonlarla dollar artıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, CNBC-nin araşdırmasına əsasən, Trampın doqquz enerji şirkətindəki səhmlərinin ümumi dəyəri təxminən 1,5 milyon dollardan 4,4 milyon dollaradək yüksəlib.
ABŞ prezidentinin ən böyük doqquz neft və təbii qaz şirkətindəki səhmlərinin dəyərində artım İranla müharibənin ilk altı ayında qeydə alınıb.
CNBC-nin Trampın maliyyə açıqlamaları, şirkətlərin maliyyə hesabatları və bazar göstəriciləri əsasında apardığı araşdırma şirkətlərin səhmlərindəki dəyişiklikləri və Trampın hesablarındakı əməliyyatları üzə çıxarıb.