Fransanın paytaxtı Parisdə yerləşən lüks otellərdən birində oğurluq baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, oğurluq sentyabrın 8-də gecə saatlarında Parisin 8-ci rayonunda yerləşən lüks otelin otaqlarından birində baş verib.
Polis mənbələrinin bildirdiyinə görə, iki oğru otelə dırmaşaraq 7-ci mərtəbədəki otaqlardan birinə daxil olub. Hadisədən sonra qaçan şəxslər hələlik saxlanılmayıb.
Faktla bağlı araşdırma başlanıb.
Mali vətəndaşı olan zərərçəkmiş polisə verdiyi ifadəsində təxminən 1 milyon avro dəyərində əşyalarının oğurlandığını bildirib.
Zərərçəkmişin sözlərinə görə, oğurlanan əşyalar arasında 636 min avro dəyərində saat da olub.