logo
logo logo
logo

Süni intellektin bütün insanlığı məhv etmə ehtimalı var?

22:47 - 10 Sentyabr 2026

Süni intellektin bütün insanlığı məhv etmə ehtimalı var?

“Anthropic” şirkətində çalışan tədqiqatçı Evan Hubinger süni intellekt texnologiyalarının qarşıdakı 10 il ərzində “bütün insanları öldürə bilməsi” ehtimalının 10 faizdən çox olduğuna inandığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, süni intellektin insan dəyərləri ilə uyğunlaşdırılması üzərində çalışan Evan Hubinger “X” sosial şəbəkəsindəki hesabında “Anthropic” şirkətindən istefa verən Jacob Coxonun paylaşımına münasibət bildirib.

Coxonun “Süni intellekt hazırlayanlar bu texnologiyanın 10 ilin sonuna qədər hamımızı öldürə biləcəyinə səmimi qəlbdən inanırlar” məzmunlu paylaşımını sitat gətirən Hubinger deyib:

“Jacob bu məsələdə haqlıdır. Biz həqiqətən də süni intellektin bütün insanları öldürə biləcəyinə səmimi qəlbdən inanırıq”.

Hubinger bu ehtimalın 10 il ərzində 10 faizdən çox olduğunu düşündüyünü bildirib.

O, həmçinin belə bir qiymətləndirmə verib:

“Düşünürəm ki, Anthropic bunun qarşısını almaq üçün əlindən gələni edir. Lakin superzəka ilə uyğunluq problemini həll edəcək planımız hələ yoxdur və bu istiqamətdə aydın yol xəritəsi də izləmirik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az