Husilərin Yəmənin Qırmızı dəniz sahili boyunca həyata keçirdikləri ildırım sürətli irəliləyiş, İranın ABŞ-la müharibəsində yeni bir cəbhə açmağa çalışan İran İslam İnqilabı Keşikçiləri Korpusunun birbaşa rəhbərliyi ilə baş tutub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, cənub-qərbdəki liman şəhəri Moxanı ələ keçirməklə husilər Bab əl-Məndəb boğazı üzərindəki nəzarətlərini daha da gücləndiriblər. Bu, İranın Hörmüz boğazını blokadaya almasından sonra qlobal enerji təchizatını daha da məhdudlaşdıran mühüm bir su yoludur.