logo
logo logo
logo

Səudiyyə Ərəbistanının cənubundakı şəhərlərdə təhlükə xəbərdarlığı verildi

10:16 - 14 Sentyabr 2026

Səudiyyə Ərəbistanının cənubundakı şəhərlərdə təhlükə xəbərdarlığı verildi

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubunda yerləşən Xamis Muşayt, Abha, Cazan və Nəcran şəhərlərində yarana biləcək təhlükələrə qarşı xəbərdarlıq edib.


Manset.az xarixi mediaya istinadən xəbər verir ki, Mülki Müdafiə Baş İdarəsinin ABŞ-nin “X” şirkətinə məxsus sosial şəbəkə platformasındakı hesabında yayımlanan açıqlamada Xamis Muşayt, Abha, Cazan və Nəcran şəhərlərində baş verə biləcək fövqəladə hallarla bağlı əhaliyə xəbərdarlıq edilib.

Açıqlamada bölgədə yaşayan vətəndaşların və sakinlərin həyat və əmlakının təhlükəsizliyinin təmin olunması məqsədilə fövqəladə hallar zamanı müəyyən edilmiş qaydalara riayət etmələrinin, eləcə də səlahiyyətli qurumların göstəriş və xəbərdarlıqlarını diqqətlə izləmələrinin vacibliyi vurğulanıb.

Bununla belə, sözügedən təhlükənin xarakteri və ya təfərrüatları barədə hər hansı məlumat verilməyib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının Yəməndə husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq husilər ölkənin sərhəd bölgələrini və cənub əyalətlərini mütəmadi olaraq hədəfə alırlar.

Bölgədəki hərbi obyektlər və strateji əhəmiyyət daşıyan infrastrukturlar vaxtaşırı Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının (PUA) və ballistik raketlərin hücumlarına məruz qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az