ABŞ-nin Los-Anceles şəhərində baş verən avtobus qəzasını lentə almaq üçün hadisə yerinə gedən xəbər helikopteri hələlik dəqiq müəyyənləşdirilməyən səbəbdən qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Helikopter iki konteynerin və bir avtomobilin üzərinə düşərək partlayıb.
Təcili yardım qrupları dərhal hadisə yerinə cəlb olunub. Lakin helikopterdəki 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Los-Anceles polisi helikopterdə ümumilikdə neçə nəfərin olduğunu hələlik müəyyənləşdirə bilmədiklərini açıqlayıb.