logo
logo logo
logo

Almaniyada təyyarə qəzaya uğradı, ölənlər var

22:17 - 04 Oktyabr 2026

Almaniyada təyyarə qəzaya uğradı, ölənlər var

Almaniyanın Baden-Vürtemberq federal torpağının Heylbronn dairəsində yerləşən Gündelşaym şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə SWR tele-radio şirkəti polisə istinadən məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub.

Bildirilib ki, təyyarə eniş zamanı hasara ilişib və ağaca toxunub. Bundan sonra yerə düşərək qəzaya uğrayıb.

Hadisə yerinə polis, həmçinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Qəza yerində başlayan yanğın artıq söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az