logo
logo logo
logo

Hərbi təyyarə qəzaya uğradı - 3 günlük milli matəm elan edildi    

11:48 - 06 Oktyabr 2026

Hərbi təyyarə qəzaya uğradı - 3 günlük milli matəm elan edildi    

Nigeriyanın Ondo əyalətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən Nigeriya Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin xatirəsinə ölkədə milli matəm elan edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Prezident Administrasiyasından verilən açıqlamada bildirilib ki, Prezident Bola Əhməd Tinubu Ondo əyalətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Nigeriya Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin xatirəsinə ölkə üzrə 3 günlük milli matəm elan edib.

Tinubu hərbi təyyarənin qəzaya uğramasından dərin kədər hissi keçirdiyini bildirərək deyib:

“Bu, Silahlı Qüvvələrimiz və bütün xalqımız üçün ağır bir andır. Hərbi Hava Qüvvələrinin şəxsi heyəti Nigeriyanın təhlükəsizliyini təmin etmək üçün hər gün həyatlarını riskə atır. Onların fədakarlıqları heç vaxt unudulmayacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az