Türkiyənin pop musiqisinin tanınmış simalarından olan Sezen Aksu ilə bağlı pərəstişkarlarını narahat edən xəbər yayılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəli məşhur sənətçi Sezen Aksunun ötən həftə İstanbulun Nişantaşı rayonunda yerləşən özəl xəstəxanada bir neçə gün qaldığı və bu müddət ərzində biopsiya müayinəsindən keçdiyi məlum olub.
S.Aksunun səhhətinin yaxşı olduğu, tibbi prosedurlardan sonra isə evində istirahət etdiyi bildirilib.