Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsi ilə bağlı sərt tələbinə cavab verib.
Manset.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Politika Strany" teleqram kanalı məlumat yayıb.
"Əgər Tramp Ukraynada lideri dəyişmək istəyirsə, bilməlidir ki, lideri yalnız bizim xalqımız dəyişə bilər", - deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukraynada prezident seçkilərinə hazırdır, lakin seçkilərə hazırlıq və onların keçirilməsi üçün azı 60 günlük atəşkəs tələb olunur.