Avstraliyanın Qantas aviaşirkətinin Roma–Pert reysi təyyarədə taxtabitilərin aşkar edilməsi səbəbindən ləğv olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 17 saat davam edən əvvəlki uçuş zamanı bəzi sərnişinlərin həşəratların dişləməsinə məruz qaldığı bildirilir. Şikayətlərdən sonra təyyarə əsaslı təmizlik və texniki xidmət işləri üçün istismardan çıxarılıb.
“Qantas” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” tipli təyyarə taxtabitilərin yayılması səbəbindən reyslərdən kənarlaşdırılıb.