Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazından keçən daha 4 ticarət gəmisinin ehtimal olunan hücumlara məruz qaldığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı ehtimal olunan hücumların sayı artıb. UKMTO boğazdan çıxmağa çalışan 3 neft tankerinin və boğazın giriş istiqamətində hərəkət edən 1 konteyner gəmisinin naməlum sursatlarla vurulduğunu bildirib.
Tankerlərdən birinin heyət üzvlərinin təhlükəsiz vəziyyətdə olduğu qeyd edilib. Hücumların ətraf mühitə hər hansı zərər vurub-vurmadığının isə hələlik məlum olmadığı bildirilib.
Hadisələrin hamısının oktyabrın 11-də baş verdiyi və hücumlarla bağlı araşdırmaya başlanıldığı vurğulanıb.
Bölgədəki gəmilərə ehtiyatlı olmaq və şübhəli hallarla bağlı UKMTO-ya məlumat vermək çağırışı edilib.