logo
logo logo
logo

İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir

23:50 - 18 Oktyabr 2026

İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir

İran 2027-ci ildə yerli istehsal olan ağır qırıcı təyyarəsinin uçuş sınaqlarını keçirməyi planlaşdırır.


Manset.az "Report"-a istinadən məlumat verir ki, bu barədə İslam Respublikasının yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi xəbər verib.

"Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il səmaya qalxacaq", - müdafiə naziri deyib.

Onun sözlərinə görə, 2026-cı ildə sükan və yerüstü əməliyyatlar planlaşdırılır.

Oktyabrın 18-də İran parlamenti Mehrdad Əxlaqi Kitabçının ölkənin müdafiə naziri təyin edilməsini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az