logo
logo logo
logo

66 illik kəhanətin sirri açıldı

10:56 - 22 Oktyabr 2026

66 illik kəhanətin sirri açıldı

Sosial şəbəkələrdə 13 noyabr 2026-cı ildə dünyanın sonunun gələcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, narahatlıq doğuran bu tarixin 1960-cı ildə alimlər tərəfindən hazırlanmış riyazi modelə əsaslandığı üzə çıxıb. Bəs, noyabrın 13-də əslində nə baş verəcək?

13 noyabr 2026-cı ildə dünyanın sonunun gələcəyi ilə bağlı iddialar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qiyamət ssenarilərinə mövzu olan bu tarixin arxasında isə 66 il əvvəl ABŞ-də aparılmış elmi araşdırma dayanır. Lakin araşdırmanın nəticələri iddia edildiyi kimi, dünyanın məhv olacağına işarə etmir.

ABŞ-də yerləşən İllinoys Universitetinin fiziki Haynts fon Förster və onun iki həmkarı 1960-cı ildə dünya əhalisinin gələcəkdə necə artacağını araşdırıblar.

Alimlər həmin dövrdə müşahidə olunan əhali artımının eyni sürətlə davam edəcəyi təqdirdə yarana biləcək nəticələri riyazi model vasitəsilə hesablayıblar. Modelə əsasən, əhali artımının heç bir halda zəifləmədiyi fərziyyəsi ilə 13 noyabr 2026-cı ildə dünya əhalisinin sayının nəzəri olaraq sonsuzluğa yaxınlaşacağı nəticəsinə gəlinib.

İllər keçdikcə araşdırmada göstərilən tarix müxtəlif cür yozulub və dünyanın sonunun gələcəyini xəbər verən bir öncəgörmə kimi təqdim edilməyə başlanıb.

Halbuki alimlərin məqsədi dünyanın sonu üçün konkret tarix müəyyənləşdirmək deyil, nəzarətsiz əhali artımının uzunmüddətli perspektivdə yarada biləcəyi problemlərə diqqət çəkmək olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az