Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən Rusiya-Afrika Sammitindən sonra Afrika İttifaqının hazırkı sədri, Burundi Prezidenti Evarist Ndayişimiye ilə birgə mətbuat konfransı keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Avropa ilə müharibə istəmədiklərini bəyan edərək, “Əgər hadisələr həddindən artıq gərginləşərsə, qalib olmayacaq”, – deyə bildirib.
Putin Avropa ölkələrinin 2030-cu ilədək Rusiya ilə müharibəyə hazırlaşacaqlarına dair açıqlamalarına münasibət bildirərək deyib:
“Biz hazırıq, lakin Avropa ilə hər hansı bir müharibə istəmirik. Belə bir müharibə istəyən varsa, qoy hazırlaşsın. Qərb ölkələri Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədlərinə nail ola bilməyiblər. Bunun 2030-cu ilədək baş verməsi də mümkün deyil”.
Avropa ilə mümkün müharibənin nəticələrindən danışan Putin fikirlərini belə davam etdirib:
“Əgər hadisələr həddindən artıq gərginləşərsə, qalib olmayacaq. Bunu heç kim unutmasın. Rusiya Birinci və İkinci Dünya müharibələrindən dərs çıxarıb. Oxşar qarşıdurmaların yaşanmaması üçün əlimizdən gələni edirik”.