logo
logo logo
logo

O, Formula 1 tarixinin ən gənc çempionu oldu

16:55 - 02 Noyabr 2026

O, Formula 1 tarixinin ən gənc çempionu oldu

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli 2026-cı il Formula 1 dünya çempionu titulunu qazanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mövsümün 19-cu yarışı olan Meksika Qran-prisini üçüncü pillədə başa vuran 20 yaşlı Antonelli Formula 1 tarixinin ən gənc dünya çempionu olub.

Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən, uzunluğu 4 304 metr olan Hermanos Rodriges avtodromunda keçirilən yarış 71 dövrədən ibarət olub.

Meksika Qran-prisinin qalibi “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen olub. O, finiş xəttini 2 saat 20 dəqiqə 28,772 saniyəyə keçib.

“Ferrari” komandasının britaniyalı pilotu Lyuis Hemilton liderdən 0,799 saniyə geri qalaraq yarışı ikinci pillədə başa vurub.

Bu mövsüm 9 mərhələdə qələbə qazanan Antonelli isə Ferstappendən 4,006 saniyə geri qalaraq finişə üçüncü çatıb. Bununla da italiyalı pilot dünya çempionluğu tituluna sahib çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az