logo
logo logo
logo

Tayvan ətrafında Çin hərbi fəallığı artır

17:46 - 05 Noyabr 2026

Tayvan ətrafında Çin hərbi fəallığı artır

Çinə məxsus hərbi təyyarələr suverenlik mübahisəsinin davam etdiyi Tayvan adası ətrafında 21 uçuş həyata keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib ki, bombardmançı və dəstək təyyarələri, qırıcılar və helikopterin də daxil olduğu hərbi hava vasitələrinin dünəndən bu gün səhər saatlarınadək ada ətrafında 21 uçuşu qeydə alınıb.

Açıqlamada uçuşlardan 19-nun Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən orta xətti keçdiyi bildirilib. Həmin uçuşların Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası” (ADIZ) elan etdiyi ərazinin şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində həyata keçirildiyi qeyd olunub.

Bundan başqa, Çinə məxsus 8 hərbi gəminin və 8 rəsmi dövlət gəmisinin də ada ətrafında hərəkət etdiyi bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az