Azerbaijan flag

Hörmüz boğazında iki neft tankerində PARTLAYIŞ

13:03 - 12 Noyabr 2026

Hörmüz boğazında iki neft tankerində PARTLAYIŞ

Hörmüz boğazında neft tankerləri üçün təhlükə davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, boğazın qadağan olunmuş ərazisindən keçən və 4 milyon bareldən çox neft daşıyan iki tankerdə partlayış qeydə alınıb.

Korpusun açıqlamasında bildirilir ki, partlayışlar dünən gecə tankerlərin bütün xəbərdarlıqlara baxmayaraq, Hörmüz boğazının cənub hissəsindəki qadağan olunmuş marşrutla hərəkət etməyə çalışdıqları zaman baş verib.

Bəyanatda həmçinin xəbərdarlıq edilib ki, naviqasiya sistemlərini söndürən və ABŞ ordusu ilə əməkdaşlıq edərək icazə verilməyən cənub marşrutu ilə hərəkət edən istənilən gəmi də eyni aqibətlə üzləşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az