Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkinski rayonunda avtomobildə partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin yaydığı açıqlamada hadisə nəticəsində bir hərbçinin həlak olduğu bildirilib. Faktla bağlı araşdırmaya başlanılıb.
Qeyd edək ki, avqustun sonunda da həmin rayonda avtomobildə partlayış baş vermişdi. Həmin hadisə nəticəsində bir hərbçi həyatını itirmiş, həyat yoldaşı isə yaralanmışdı.