logo
logo logo
logo

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

14:32 - 14 Noyabr 2026

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər.

Bu, son aylarda müxtəlif Yaponiya şirkətlərinə və qurumlarına edilən kiberhücumların artması fonunda baş verib ki, nəticədə indiyə qədər artıq on milyonlarla istifadəçinin məlumatlarının sızdığı qeydə alınıb. Yerli mütəxəssislər bunu süni intellektin sürətli inkişafı və ondan kiberhücumların həyata keçirilməsi üçün istifadəsi edilməsi ilə əlaqələndirirlər.

Yaponiya hökuməti söz verib ki, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələlərində kiçik və orta biznesin dəstəklənməsinə istiqamətlənmiş tədbirlər təşviq ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az