logo
logo logo
logo

"Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq"

22:33 - 14 Noyabr 2026

\"Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq\"

Danimarka Ukraynaya 645 milyon avro dəyərində yeni yardım paketi təqdim edəcək.


    Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, yardım paketinə F-16 qırıcıları üçün 20 millimetrlik döyüş sursatları da daxildir. Bu sursatlardan reaktiv mühərrikli “Şahed” pilotsuz uçuş aparatlarının vurulması üçün istifadə olunacaq.

    Zelenski bildirib ki, Danimarka dron istehsalına təxminən 200 milyon avro ayıracaq. Bundan əlavə, birgə istehsal layihələri üçün də ayrıca maliyyə vəsaiti nəzərdə tutulub.

    Ukrayna Prezidenti Xerson vilayətinin enerji infrastrukturunun dəstəklənməsi üçün ayrıca yardım paketinin hazırlandığını da açıqlayıb.

    “Xersonun azad edilməsinin ildönümü ilə əlaqədar bölgədə enerji vəziyyətinin ağır olduğunu bildirdim və yardım istədim. F-16 qırıcıları üçün bizə lazım olan böyük həcmdə sursatı da ayrıca müzakirə edirik. Söhbət altı ay üçün 800 min ədəd sursatdan gedir. Danimarkada keçirilən görüş zamanı bu məsələnin həllinə dair razılığa gəldik. Buna görə onlara çox minnətdaram”, – Zelenski deyib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az