İndoneziyanın Banten əyalətində fabrikdə baş verən yanğından sonra aparılan axtarış-xilasetmə əməliyyatı zamanı 7 cəsədin qalıqları aşkar edilib.
Manset.az Reuters-ə istinadən xəbər verir ki, hadisə yerindən insan qalıqlarının olduğu 7 meyit torbası çıxarılıb.
Polisin məlumatına görə, torbalardan birində bir neçə nəfərə aid qalıqların olması ehtimal edilir. Bu səbəbdən ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib.
Bildirilib ki, yanğın nəticəsində 50 nəfərdən xəbər yoxdur.
Meyitlərin tanınması üçün yaxınlarından DNT nümunələri götürülür. Şəxsiyyətlərin müəyyənləşdirilməsi prosesinin iki-üç həftə davam edə biləcəyi qeyd olunur.
Yanğının səbəbləri araşdırılır, axtarış-xilasetmə işləri davam etdirilir.
***
10:07
İndoneziyanın Çikande sənaye rayonunda qənnadı fabrikində baş verən yanğında üç nəfər ölüb, 19 nəfər sağ tapılıb.
Manset.az xəbər verir ki, bu barədə yerli "Detik" portalı məlumat yayıb.
Məlumata görə, yanğın "PT Fonusa Agung Mulia" qənnadı fabrikində baş verib, zavod binalarından biri yanıb. Son məlumata görə, hadisədə üç nəfər ölüb, 36 nəfərin axtarışı isə davam edir. Fabrikdə təxminən 60 nəfərin olduğu güman edilir.
Xilasetmə əməliyyatı davam edir.