Niderlandın Haaqa şəhərində məhkəmə Çinin BYD şirkətinin "Ti7 SUV" modelinin Avropa İttifaqında satışını qadağan edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, qərara səbəb avtomobilin “Jaguar Land Rover”in (JLR) “Defender” modelinin dizaynını təqlid etməsi olub.
Məhkəmə həmçinin iş yekunlaşana qədər avtomobilin BYD-nin Macarıstandakı zavodunda istehsalını qadağan edib.
JLR əqli mülkiyyət hüquqlarının pozulduğunu bildirərkən, BYD ittihamları rədd edib və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.