Yəmənin paytaxtı Sənada yanacaq obyektinə endirilən hava zərbəsi nəticəsində 6 nəfər yaralanıb.
Manset.az Associated Press-ə istinadən xəbər verir ki, hücum dövlət neft şirkətinə məxsus obyektə qarşı həyata keçirilib.
Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, hava zərbəsi nəticəsində 6 işçi xəsarət alıb, şirkətin binasına ziyan dəyib.
Hücumu hansı tərəfin həyata keçirdiyi hələlik məlum deyil.