Kolumbiyanın şimalında yerləşən Kartagena şəhərində silahlı şəxslərin supermarketdə girov götürdüyü 30 nəfərdən 10-u azad edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya polisinin ABŞ-nin X sosial şəbəkəsindəki rəsmi hesabında yayılan açıqlamada bildirilib ki, silahlı şəxslər yerli vaxtla saat 08:00-da La Kastelyana məhəlləsində yerləşən supermarketə basqın edərək qarət cəhdi zamanı çox sayda şəxsi girov götürüblər.
Təhlükəsizlik qüvvələrinin hadisə ilə bağlı əməliyyatı davam etdirdiyi bildirilib.