Braziliyada leysan yağışları nəticəsində 18 nəfər öldü

09:13 - 31 Yanvar 2022

Braziliyada leysan yağışları nəticəsində 18 nəfər öldü

Braziliyanın San-Paulu ştatında ötən gecə yağan leysan yağışlar nəticəsində ən azı 18 nəfər ölüb.

Manset.az  xəbər verir ki, bu barədə ştatın qubernatoru Joao Doria tviterdə yazıb.

“Xilasetmə əməliyyatı keçiririk, zərərçəkənlərə kömək üçün vəsait ayrılması əmri vermişəm”, - qubernator qeyd edib.

“Globo” telekanalının məlumatına görə, leysan daşqınlara və torpaq sürüşməsinə səbəb olub, nəticədə ştatın bir sıra bələdiyyələrində yaşayış binaları uçub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 12 saat ərzində bəzi ərazilərə təxminən 115 mm yağıntı düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az