Daha bir ölkədə koronavirusla bağlı karantin ləğv edildi

22:49 - 15 Fevral 2022

Daha bir ölkədə koronavirusla bağlı karantin ləğv edildi

Şimali İrlandiya koronavirus pandemiyası ilə bağlı karantin məhdudiyyətlərini ləğv edir.

Manşet.az xəbər verir ki, eyni zamanda, koronavirusla bağlı məhdudiyyətlər artıq ölkə qanunvericiliyində təsbit edilməyəcək.

Səhiyyə naziri Robin Suonn bildirib ki, ölkə sakinlərindən artıq ictimai yerlərdə maska ​​taxmaq, peyvənd və ya COVID testinin nəticələrinə dair sübutlar tələb olunmayacaq.

Eyni zamanda, o, ictimaiyyəti pandemiya bitmiş kimi davranmağa tələsməməyə çağırıb və deyib ki, indi koronavirusla mübarizə tədbirləri məsləhət xarakterli olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az