Ukrayna 48 saat ərzində ATƏT-in iclasının keçirilməsini tələb etdi

23:19 - 16 Fevral 2022

Ukrayna 48 saat ərzində ATƏT-in iclasının keçirilməsini tələb etdi

"Vyana sənədi çərçivəsində dünənki görüşə qatılmaqdan imtina edən Rusiyadan şəffaflıq tələbinə davam edirik”.

Manşet.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün Tvitter hesabında yazıb.

"Ukrayna 48 saat ərzində ATƏT Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə iclasının keçirilməsini tələb edir.

Biz bir daha Rusiyanı iştirakçı dövlətlərin haqlı narahatlıqlarını aradan qaldırmağa və Ukrayna ilə sərhəd yaxınlığında hərbi əməliyyatları nəticəsində yaranmış gərginliyi aradan qaldırmaq üçün ATƏT-in vasitələrindən istifadə etməyə çağırırıq.

Qoşunların geri çəkilməsi barədə bəyanatlar kifayət deyil. Bizə şəffaflıq və faktlar lazımdır”, - XİN rəhbəri qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az