Rusiya hərbi gəmiləri Xəzərdə təlimlərə başladı

10:16 - 17 Fevral 2022

Rusiya hərbi gəmiləri Xəzərdə təlimlərə başladı

Rusiyanın Xəzər flotiliyasının 20-yə yaxın hərbi gəmisi Xəzər dənizində təlimlərdə iştirak edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Xəzər Donanmasının hərbi-dəniz qüvvələri komanda-qərargah təlimində iştirak etmək üçün Mahaçqala baza məntəqəsindən Xəzər dənizinin müəyyən edilmiş ərazisinə yola düşüb", - deyə məlumatda bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, donanma gəmiləri şərti düşmənin hava hücumu vasitələrini dəf etmək üzrə birgə təlimlərdə iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az