Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.
Manşet.az xəbər verir ki, telefon söhbətində Ukraynadakı mövcud vəziyyət müzakirə edilib.
Çavuşoğlu tərəflərin mülki şəxslərin təxliyəsi üçün regional səviyyədə də olsa, humanitar dəhliz yaratma məsələsində razılığla gəlmələrindən məmnunluq duyduğunu vurğulayıb:
“Bu dəhliz bir tərəfdən vətəndaşlarımızı təxliyə etmə imkanı yaradarkən, digər tərəfdən bu bölgələrə humanitar yardım çatdırılmasını asanlaşdıracaq”.