"Atəşlə məni "salamlamaq" istəyiblər" - Zelenski

15:31 - 22 Sentyabr 2021

\"Atəşlə məni \"salamlamaq\" istəyiblər\" - Zelenski

“Meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”.

Manset.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski birinci müşaviri Sergey Şefirə sui-qəsdlə bağlı videomüraciətində bildirib.

“BMT Baş Assambleyasında çıxışımdan sonra paytaxta (Kiyevi nəzərdə tutur-red.) yola düşəcəyəm. Açığı, bunun (sui-qəsdi nəzərdə tutur - red.) arxasında kimin durduğunu bilmirəm. Hansı qüvvələr ola bilər? Daxili və ya xarici? Mən onları qüvvə saymıram. Çünki meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”, - V.Zelenski deyib.

O, cinayətkarlara, böyük maliyyə qruplarına qarşı mübarizədə, ölkə iqtisadiyyatında bərabər şəraitin yaradılmasında komandasının kursunun dəyişməz olduğunu, hadisənin bu prosesə təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Kiyev vilayətinin Lesniki kəndində naməlum şəxslər Ukrayna Prezidentinin birinci müşaviri S.Şefirin avtomobilini atəşə tutublar. Sürücü ağır yaralanıb, müşavirə heç bir xətər toxunmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az