Türkiyənin Giresun şəhərində terror təşkilatının istifadə etdiyi sığınacaq tapılıb.
Bu barədə Manset.az TRT HABER-ə istinadən xəbər verir.
Terror təşkilatının istifadə etdiyi sığınacaq Giresunda polis qrupları tərəfindən tapılıb və ələ keçirilən yaşayış materialları məhv edilib.
Yağlıdere mahalının çöl ərazisində həyata keçirilən "Şəhid polis Mümin Gezer 2024/4 Əməliyyatı" zamanı 2013-2018-ci illər arasında Qara Dəniz Təşəbbüs Qrupu tərəfindən istifadə edildiyi düşünülən bir sığınacaq tapıldı.
Giresun Qubernatorluğundan verilən açıqlamada sığınacaqda ələ keçirilən canlı materialların məhv edildiyi bildirilib.
Jalə
Manşet.az