Türkiyədə avtomobil qəzası: Yaralılar var

17:24 - 15 Fevral 2024

Türkiyədə avtomobil qəzası: Yaralılar var

Türkiyənin Manisa şəhərində dəhşətli qəza olub.

 

Manset.az CNNTürki-ə istinadən xəbər verir ki, Manisanın Alaşehir rayonunda idarəetməni itirən avtomobil qarşı zolağa çıxıb və digər avtomobillə toqquşub. 

Təhlükəsizlik kamerasına düşən qəzada TIR-ı ötməyə çalışan avtomobil  bir zolaqdan digərinə atılıb.

Qəza nəticəsində iki avtomobilin sürücüsü də daxil olmaqla 3 nəfər ağır xəsarət alıb. Bölgəyə qruplar göndərilib. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az