Lənkəranda yeniyetmənin barmaqları ətçəkən maşında qalıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində olub.
Belə ki, kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb.
Yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
FHN-Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri onun barmaqlarını ətəkən maşından çıxarıb.