Bakıda 4 dost ağır qəzaya düşdü: Biri öldü

12:00 - 16 May 2024

Bakıda 4 dost ağır qəzaya düşdü: Biri öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 1 radələrində 1999-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi “Mercedes-Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Orxan Fariz oğlu Piriyev və 1996-cı ildə anadan olmuş Allahverdi Sabir oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bildirilib ki, qəzaya düşən 4 gənc dost olublar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az