Bakıda yanğın olub.
Manset.az Oxu.az-a istinadən xəbər ki, qurumun "112" qaynar xəttinə Xətai rayonu, Nəsrəddin Tusi küçəsində təkər tullantılarının yanması barədə məluma daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsi və ətraf ərazilərə yayılmasının qarşısı alınaraq söndürülüb.