Cəlilabadda ağır qəza - Xəsarət alanlar var

22:33 - 20 Dekabr 2024

Cəlilabadda ağır qəza - Xəsarət alanlar var

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı nəqliyyat vasitələri hərəkətdə olarkən qarşı-qarşıya gəliblər və qəza qaçılmaz olub.

Qəza nəticəsində sürücülər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az