Bakıda avtobus avtomobilə çırpıldı - Ölən var

13:18 - 04 Yanvar 2025

Bakıda avtobus avtomobilə çırpıldı - Ölən var

Bakıda avtobus qəza törədib, ölən var.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.

Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı avtomobilə çırpılıb: “Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.

Faktla bağlı araşdırılma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az