Ermənilər növbəti dəfə Kəlbəcəri ATƏŞƏ TUTDU

10:54 - 27 İyun 2021

Ermənilər növbəti dəfə Kəlbəcəri ATƏŞƏ TUTDU

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

MN-dən Manset.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az