Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, faciə nəticəsində ana və iki azyaşlı övladı həyatını itirib.
Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanaının reanimasiya şöbəsinə yerləşdirlib.
***
22:52
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.