Ağdamda 3 otaqlı ev yanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.
Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.