Komitə sədri YAP rəhbərliyinə gətirilir? - İDDİA

19:02 - 11 Fevral 2026

Komitə sədri YAP rəhbərliyinə gətirilir? - İDDİA

Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra Yeni Azərbaycan Partiyasında (YAP) Mərkəzi Aparat rəhbəri postuna kimin gətiriləcəyi əsas müzakirə mövzularından birinə çevrilib. Partiya daxilində bu vəzifənin strateji əhəmiyyəti nəzərə alınaraq, mümkün namizədlər ətrafında ciddi dəyərləndirmələrin aparıldığı bildirilir. Məlumatlara görə, hələlik yekun qərar verilməsə də, bəzi potensial namizədlər prosesi passiv şəkildə izləmək əvəzinə, artıq özlərini ön plana çıxarmağa başlayıblar.


Manset.az Editor.az-a istinadən xəbər verir ki, bu posta iddialı namizədlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovdur.

Qeyd olunur ki, o, son dövrlərdə YAP daxilində və ictimai-siyasi müstəvidə özünü mümkün təyinat kimi təqdim etdirmək üçün bütün əlaqələrini işə salıb.

Xatırladaq ki, Ramin Məmmədov daha əvvəl YAP Gənclər Birliyinin sədr müavini, həmçinin Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. Mənbələr onun bu keçmişi önə çəkərək, partiya daxilində mövqelərini gücləndirməyə çalışdığını bildirirlər.

Bununla belə, siyasi müşahidəçilər qeyd edirlər ki, Mərkəzi Aparat rəhbəri kimi strateji və məsuliyyətli vəzifə üçün təkcə əvvəlki postlar deyil, partiya daxilində real nüfuz, idarəetmə bacarığı və rəhbərlik səviyyəsində etimad əsas meyarlar hesab olunur.

Hazırda Yeni Azərbaycan Partiyası rəhbərliyi tərəfindən bu vəzifə ilə bağlı rəsmi qərar açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az