Bakı şəhəri Xəzər rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Manset.az-a bildirilib ki, avqustun 6-da saat 17:30 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” və “Range Rover” markalı avtomobillər toqquşub.
Nəticədə “Ford” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Göyüşlü Ləman Elçin qızı hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.
Araşdırma aparılır.