"Cərimə borcu olan sürücü özünü yandırmağa cəhd edib" - DİN

16:33 - 16 Dekabr 2021

\"Cərimə borcu olan sürücü özünü yandırmağa cəhd edib\" - DİN

Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər DYPİ-yə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib.

DİN Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaqdır.

Sürücü bundan əsəbləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib.

Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağıdan yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Hazırda Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az