Ramin Rzayev Fariz Babayevə vəzifə verdi - FOTO

19:38 - 11 Fevral 2026

Ramin Rzayev Fariz Babayevə vəzifə verdi - FOTO

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının sabiq direktoru Fariz Babayevə yeni vəzifə verilib. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Babayev Fariz Hənifə oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzdində fəaliyyət göstərən Mərdəkan Reabilitasiya Pansionatının direktoru vəzifəsinə təyin olunub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Fariz Babayev ötən ilin oktyabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. O, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri doktorudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az