Yevlaxda güclü YANĞIN

21:24 - 19 Fevral 2026

Yevlaxda güclü YANĞIN

Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az