Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Manset.az Report-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Kiçik Dəhnə kənd sakini Məcidov Ramis Növzət oğlu yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun içərisində olan elektrik naqillərinə toxunması səbəbindən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.